SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Payız rəngləri” adlı rəsm sərgisi açılıb-FOTO

Naxçıvanda  “Payız rəngləri”  adlı rəsm sərgisi açılıb-FOTO
22-11-2019, 20:03

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Payız rəngləri” adlı rəsm sərgisi açılıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva sərginin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, sərgi salonunda müxtəlif yaşlı 23 rəssamın 50-dən çox payız ruhlu, rəngarəng, Naxçıvanı tərənnüm edən əsərləri nümayiş olunur. Sərgidə payızın füsunkar gözəlliyini isti rənglərin harmoniyasını əsas götürərək boyalarla təsvir olunan natürmortlar, portretlər və mənzərə rəsmləri var.
Tədbirdə həmçinin Türkiyənin Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz, Əməkdar rəssam Həbibə Allahverdiyeva və başqaları çıxış edərək əsərləri sərgilənən rəssamları təbrik ediblər. Mehmet Emin Kiraz bildirib ki, hər son bir başlanğıcdır və bunun ən gözəl nümunəsi məhz payız fəslidir. Rəngarəng bir sonluqla yeni başlanğıca hazırlaşır. Rəssamları bunu öz əsərlərində çox gözəl ifadə etdiyini aydın görmək olar. Əsərlər və buna ilham olan Naxçıvana valeh olmamaq mümkün deyil.
Sonra sərgiyə baxış olub.
Sərgilənən rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, sərgi noyabr ayının 29-a qədər davam edəcək.


Naxçıvanda  “Payız rəngləri”  adlı rəsm sərgisi açılıb-FOTONaxçıvanda  “Payız rəngləri”  adlı rəsm sərgisi açılıb-FOTO
Naxçıvanda  “Payız rəngləri”  adlı rəsm sərgisi açılıb-FOTO
Naxçıvanda  “Payız rəngləri”  adlı rəsm sərgisi açılıb-FOTO
Naxçıvanda  “Payız rəngləri”  adlı rəsm sərgisi açılıb-FOTO
Naxçıvanda  “Payız rəngləri”  adlı rəsm sərgisi açılıb-FOTO
Naxçıvanda  “Payız rəngləri”  adlı rəsm sərgisi açılıb-FOTO
Naxçıvanda  “Payız rəngləri”  adlı rəsm sərgisi açılıb-FOTO
Naxçıvanda  “Payız rəngləri”  adlı rəsm sərgisi açılıb-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031