SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunda yeni əmək fəaliyyətinə başlayan 87 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin olunub-FOTO

Kəngərli rayonunda yeni əmək fəaliyyətinə başlayan 87 sığortaolunan  sosial sığorta şəhadətnaməsi ilə təmin olunub-FOTO
22-11-2019, 18:41

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsi tərəfindən fərdi uçot sisteminin təşkili, sığortaolunanların sosial sığorta şəhadətnamələri ilə təmin olunması, habelə fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işləri aparılmış, vətəndaşların maarifləndirilməsinə dair müvafiq işlər görülmüşdür. Belə ki, şöbə tərəfindən Şahtaxtı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin iclas zalında maarifləndirici tədbir keçirilmişdir. Kəndin inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Səfər Qazıbəyov tədbiri açaraq onun əhəmiyyəti barədə iştirakçılara məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Fondun Kəngərli rayon şöbəsinin Sosial sığorta sektorunun müdiri Kərim Nəcəfov çıxış edərək qeyd etmişdir ki, şöbə rayonda əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində məlumatların fərdi şəxsi hesablarına işlənilməsini və onların sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını hər zaman diqqətdə saxlayır.
Bildirilmişdir ki, rayon üzrə yeni əmək fəaliyyətinə başlayan 87 nəfər sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilmişdir ki, bunlardan 11 sığortaolunan dövlət müəssisə və təşkilatlarında çalışanlar, 76 sığortaolunan isə fiziki şəxslər olmuşdur.
Sonra Kəngərli Rayon Vergilər Şöbəsinin bölmə rəisi Elçin Əsgərov çıxış edərək məcburi dövlət sosial sığorta barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Bildirmişdir ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, sığortaedən və sığortaolunanlar müəyyənləşdirilmiş məbləğdə məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Hər bir işləyən vətəndaş fəaliyyət göstərdiyi təşkilatda sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır.
Tədbirdə yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.


Kəngərli rayonunda yeni əmək fəaliyyətinə başlayan 87 sığortaolunan  sosial sığorta şəhadətnaməsi ilə təmin olunub-FOTOKəngərli rayonunda yeni əmək fəaliyyətinə başlayan 87 sığortaolunan  sosial sığorta şəhadətnaməsi ilə təmin olunub-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031