SON DƏQİQƏ

naxcivanxeberleri.com

AVRO-2020: Bakı 12 təşkilatçı şəhər arasında könüllülərin qeydiyyatına görə birincidir

AVRO-2020: Bakı 12 təşkilatçı şəhər arasında könüllülərin qeydiyyatına görə birincidir
22-11-2019, 17:45

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunları ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə paytaxtın 18 ali təhsil ocağında tələbələr, tələbə gənclər təşkilatları və müəllim heyəti üçün Könüllülər Proqramının təqdimatını keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, oktyabrın 15-dən noyabrın 15-dək 5000-dən çox tələbənin iştirak etdiyi tədbirlərdə Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də AVRO-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqqında təqdimat nümayiş olunub.

Tədbirlərə təşkilati, UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA-nın və AVRO-2020 Təşkilat Komitəsinin nümayəndəsi, eyni zamanda “Könüllülər Proqramı”nın səfiri Taleh Yüzbəyov da qatılıb.

Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübə və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

Könüllülər Proqramına qeydiyyat prosesi üçün son müraciət tarixi noyabrın 30-dur. Bu günədək 6000-dən çox könüllü qeydiyyata alınıb ki, bu göstərici ilə Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında Bakı birincidir.

Proqramın müsahibə mərhələsinə isə sentyabrın 30-dan start verilib. Bakı Olimpiya Stadionunun İnformasiya Mərkəzində dekabrın 28-dək davam edəcək müsahibə mərhələsində bugünədək 4000-dən çox namizəd iştirak edib. Qeydiyyat üçün müraciət edən könüllülər arasında 15-dən artıq ölkəni əhatə edən 600-ə yaxın beynəlxalq namizəd var. Onlar əsasən Ukrayna, Rusiya və Asiya ölkələrindəndir. Hazırda həmin könüllülərlə də onlayn müsahibələr təşkil olunur və yekunda 300 beynəlxalq könüllünün seçilməsi nəzərdə tutulub. Proqram haqqında ətraflı məlumat Bakı AVRO-2020-nin rəsmi veb-saytında - euro2020.affa.az səhifəsində yerləşdirilib. Qeyd edək ki, Könüllülər Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıqdır.

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031