SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində maarifləndirici tədbir keçirilib

Naxçıvanda Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində maarifləndirici tədbir keçirilib
22-11-2019, 16:50

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əməkdaşları və H.Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin heyətinin iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Payız-qış mövsümündə obyektlərdə təhlükəsizlik tədbirlərinə diqqət arırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi H.Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kollektivinə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olub.

Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Murad Babayev bu cür maarifləndirici söbətlərin vacibliyini vurğulamış və tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat vermişdir.
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov müəssisələrdə mülki müdafiə işinin təşkilinə və mülki müdafiə dərslərinin keçirilməsinə qoyulan müasir tələblər, daimi heyətin və şagirdlərin fövqəladə hallara hazırlanması üzrə tədbirlərin təşkili və keçirilməsi haqqında məlumat verib.
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin, əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin, mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova məişətdə dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması və zəhərlənmə zamaı ilk yardım qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəfləri haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılmış, mövzulara aid slayd və videolar təqdim edilib.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031