SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda seminar keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda seminar keçirilib
22-11-2019, 16:40

22 noyabr 2019-cu ildə Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşlarının və ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin bir qrupunun iştirakı ilə “ Şagirdlərdə orfoepik normaların pozulması hallarına qarşı işin sistemi” mövzusunda növbəti seminar keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Seminarı giriş sözü ilə institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Azad Novruzov açaraq, təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali məclisində 25 oktyabr 2019-cu il tarixdə keçirilmiş Təhsil Müşavirəsində Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin üzərinə bir sıra vəzifələr qoyulmuşdur ki, onlardan biri də institutla ümumtəhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsi, ixtisasartırma və təkmilləşdirmə məsələlərinə diqqətin artırılması olub.

Professor Akif İmanlı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın və Azərbaycan Respublikası Nazirlər kabinetinin Sərəncamı ilə təsdiqlənmiş “ Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin dahada yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı” ilə bağlı ali və orta təhsil müəssisələrinin ixtisas müəllimlərinin üzərinə düşən vəzifələrdən danışdı.

Sonra Şagirdlərdə orfoepik normaların pozulması hallarına qarşı işin təşkili ilə bağlı professor Yusif Səfərov, dosent Arif Ağalarov çıxış etdilər.
Seminar diskussiya şəraitində öz işinə yekun vurdu.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031