SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Musiqi Kollecində maarifləndirici tədbir keçirilib

Naxçıvan Musiqi Kollecində maarifləndirici tədbir keçirilib
21-11-2019, 22:05

Naxçıvan Musiqi Kollecində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Fövqəladə Hallar Nazirliyinin baş məsləhətçisi Azadə Cəfərova açaraq bildirmişdir ki, tədbirin əsas məqsədi Naxçıvan Musiqi Kollecində mülki müdafiə hazırlığının təşkilinə və tədbirlərin keçirilməsinə diqqəti artırmaq, kollecin vəzifəli şəxsləri tərəfindən mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması sahəsində müəyyən olunmuş qaydaların yerinə yetirilməsinə nail olmaq, kollecin tələbələrinə fövqəladə hallar zamanı ilk yardım və qarşılıqlı yardım məsələləri, valideyn nəzarətindən kənarda təhsil alan gənc tələbələrin payız-qış mövsümünü təhlükəsiz keçirməsi üçün məişətdə istifadə olunan qaz təsərrüfatı və elektrik cihazlarından düzgün istifadə və istismar qaydaları, həmçinin dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları barədə məlumat verməkdir.
Həmçinin, Azadə Cəfarova orta ixtisas məktəblərində mülki müdafiə işinin təşkilinə və mülki müdafiə dərslərinin keçirilməsinə qoyulan müasir tələblər, fövqaladə hallara hazırlığın əsas predmetləri mövzusunda da tələbələri məlumatlandırmışdır.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılmış və tədbirə aid slayd və videomateriallar təqdim edilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031