SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Sələsüz kənd məktəbində tədbir keçirilib

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Sələsüz kənd məktəbində tədbir keçirilib
20-11-2019, 17:00

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayon Sələsüz kənd tam orta məktəbində mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi Şahbuz rayon Sələsüz kənd tam orta məktəbinin müəllim-texniki işçi heyətinə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qaz təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.

Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər haqqında iştirakçılara məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəflərindən və dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması və zəhərlənmə zamaı ilk yardım qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid slayd və videolar təqdim edilmişdir.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031