SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Gənclər Mərkəzi”ndə dövlət qulluqçuları arasında fərdi olaraq “Xəmsə” Milli İntellektual oyunu keçirilib-FOTO

“Gənclər Mərkəzi”ndə  dövlət qulluqçuları arasında fərdi olaraq “Xəmsə” Milli İntellektual oyunu keçirilib-FOTO
19-11-2019, 21:32

19 noyabr 2019-cu il tarixdə “Gənclər Mərkəzi”ndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə gənc dövlət qulluqçuları arasında fərdi olaraq “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan MR Gənclər Fondu, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin birgə təşkil etdiyi oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Fərdi qaydada keçirilən yarışın reqlamentinə əsasən, iştirakçılar öncə qeydiyyatdan keçmiş və hər bir iştirakçı oyunda iki dəfə iştirak etmək hüququna malik olmuşlar. Hər oyunda 4 iştirakçı mübarizə aparmış və mövzular yalnız onlar kürsü arxasına keçdikdən sonra elan olunmuşdur. Oyunun bağlanış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov oyunun keçirilməsi məqsədi haqqında geniş məlumat vermiş və bildirmişdir ki, belə intellektual oyunların keçirilməsi gənclərin yaradıcı təfəkkürünün inkişafı, milli və ümumbəşəri dəyərlərə yiyələnməsi üçün şərait yaradır. Daha sonra Naxçıvan MR Gənclər Fondunun əməkdaşı Fərid Seyidov və YAP Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədr müavini Cəlal Həsənli çıxış etmiş və qalibləri təbrik etmişlər. Yekun nəticəyə əsasən, Təbriz Novruzlu qalib adını qazanmışdır. Digər iki pillədə isə Əhməd Babayev və Elvin Əhmədov qərarlaşmışlar. Qaliblərə və fərqlənən iştirakçılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və fəxri fərman təqdim olunmuşdur.

“Gənclər Mərkəzi”ndə  dövlət qulluqçuları arasında fərdi olaraq “Xəmsə” Milli İntellektual oyunu keçirilib-FOTO“Gənclər Mərkəzi”ndə  dövlət qulluqçuları arasında fərdi olaraq “Xəmsə” Milli İntellektual oyunu keçirilib-FOTO
“Gənclər Mərkəzi”ndə  dövlət qulluqçuları arasında fərdi olaraq “Xəmsə” Milli İntellektual oyunu keçirilib-FOTO
“Gənclər Mərkəzi”ndə  dövlət qulluqçuları arasında fərdi olaraq “Xəmsə” Milli İntellektual oyunu keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031