SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Əbrəqunus kəndində maarifləndirici tədbir keçirilib

Naxçıvan MR  Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Əbrəqunus kəndində maarifləndirici tədbir keçirilib
21-01-2019, 18:44

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Əbrəqunus kənd İcra Nümayəndəliyində kənd sakinlərinin iştirakı ilə qış mövsümü dövründə yaşayış evlərində təbii qaz və elektrik enerjisindən istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması üçün görülən tədbirlər mövzusunda maarifləndirici tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsi müdirinin müavini Sərxan Hüseynov açaraq keçirilən tədbirin kənd sakinləri üçün vacib olduğunu vurğulayaraq qeyd edib ki, günün ən aktual məsələlərindən biri olan mülkiyyətlərin yanğınlardan qorunması sahəsində görüləcək tədbirlərin zəruriliyini vurğulanıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət mayoru Mirtaleh Seyidov iştirakçılara qış mövsümü dövründə yaşayış evlərində məişət qaz cihazlarından, sobalarından və suqızdırıcılarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, dəm qazından baş vermiş zəhərlənmə hallarının səbəbləri haqqında ətraflı məlumat verərək onun qarşısının alınması üçün vacib tövsiyələr verib.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin yanğından mühafizə xidməti işinin təşkili üzrə baş zabiti, daxili xidmət mayoru Hasil Məmmədov yaşayış evlərində və mənzillərində elektrik cihazlarının istismarı zamanı yanğın hadisələrinin başvermə səbəbləri və onun qarşısının alınması üçün görüləcək tədbirlərdən danışmışdır.
Rayon Polis Şöbəsinin Əlincə Polis Bölməsinin Əbrəqunus kənd sahə inspektoru, polis kapitanı Cəfər Məmmədov çıxışında vətəndaşlar tərəfindən təbii qaz və elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının məsuliyyətindən söz açıb.
Tədbirdə rayon Qaz İstismar İdarəsinin qəza xidmət rəisi İslam Hüseynov Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti bölməsinin rəisi daxili xidmət kapitanı Mətin Muradlı da çıxış ediblər.
Sonra iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilmiş, qaz cihazlarından istifadə və yanğın təhlükəsizliyi qaydaları haqqında slayd və videoçarx nümayiş etdirilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031