SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunda heyvandarlıqla məşğul olan təsərrüfat sahibkarları ilə görüş keçirilib

Kəngərli rayonunda heyvandarlıqla məşğul olan təsərrüfat sahibkarları ilə  görüş keçirilib
19-11-2019, 18:46

Kəngərli rayon Çalxanqala kəndində, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı nazirliyinin əməkdaşları Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda heyvandarlıqla məşğul olan təsərrüfat sahibkarlarının iştirakı ilə “Qış otlaqlarından səmərəli istifadə edilməsi, növbəli otarmanın təşkili və zoobaytar qaydalarına uyğun heyvanlara qulluq edilməsinin əhəmiyyəti” mövzusunda müşavirə keçiriblər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müşavirədə mütəxəssislər qış otlaqlarından düzgün və səmərəli istifadə edilməsindən danışaraq bildiriblər ki, normadan artıq mal-qara saxlanılan otlaqlarda torpaq səthi dağılır yem bitkiləri sıradan çıxır və onların əvəzinə zərərli alaq otları yayılır. Qış otlaqlarının kol-kosdan zərərli alaq otlarından, daşlardan təmizlənməsi, su tutar yerlərin suvarılması, gübrələnməsi və növbəli otarmanın üstünlükləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin vurğulanıb ki, heyvandarlığı inkişaf etdirmək, onlardan yüksək keyfiyyətli, bol məhsul əldə etmək üçün heyvanlara düzgün qulluq edilməli və bütün tədbirlər zoobaytar qaydalara uyğun həyata keçirilməlidir. Heyvanların sağlamlığını qorumaq və məhsuldarlığını artırmaq üçün pəyə şəraitinə xüsusi diqqət yetirilməli, heyvanlar baytar- sanitar qaydalara cavab verən təmiz, dezinfeksiya edilmiş, elektrik və havalandırma sistemi olan pəyələrdə saxlanılmalıdır. Heyvanlar pəyələrdə saxlanılan zaman onların təmizliyinə fikir verilməlidir. Qışlama dövrü heyvanlara mütəmadi olaraq kliniki baxış keçirilməli, xəstə və zəif heyvanlar sağlamlardan ayrılıb müalicə edilməli, peyvəndləmə və qan analizlərinin götürülməsi vaxtında həyata keçirilməlidir.
Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb. Mütəxəssislərin hazırladıqları buklet informasiya kitabçaları tədbir iştirakçılarına paylanılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031