SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Ədliyyə könüllüləri” iş prosesində iştirak edib-FOTOLAR

“Ədliyyə könüllüləri” iş prosesində iştirak edib-FOTOLAR
19-11-2019, 17:45

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar noyabr ayının 19-da Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşunaslıq ixtisası üzrə birinci kurs tələbələri “Ədliyyə könüllüləri” layihəsi çərçivəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində, Naxçıvan şəhər 3 saylı notariat ofisi və Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində olmuşlar.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində olan tələbələr qurumun iş fəaliyyəti ilə yaxından tanış olaraq icra işlərinin aparılmasında iştirak etmişlər. İcra sahəsində aparılan kargüzarlıq işi, icra məmurlarının qəbul etdiyi qərarlar, tərəflərin icra işi üzrə məsuliyyəti barədə tələbələrə geniş məlumat verilmişdir. Təcrübədə olan tələbələrə vətəndaşların müraciətlərinə baxılmasına dair qanunvericiliyin tələbləri izah olunmuşdur. Bildirilmişdir ki, fəaliyyət istiqamətinə uyğun olaraq icra və probasiya şöbələri məhkəmə qərarlarının, habelə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasının təmin olunmasını həyata keçirir. Onlar tərəfindən qərarların qanunvericiliklə müəyyən edilmiş müddətdə tam icrası diqqətdə saxlanılır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində tələbələrə şöbənin iş prinsipi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Təcrübədə iştirak edən tələbələr iş prosesində əyani iştirak etməklə qeydiyyat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə əməl olunması, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsinin təmin edilməsi və qarşıya qoyulan əsas vəzifələrlə tanış olmuşlar. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair ərizə formaları, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri və həyata keçirilən qeydiyyat əməliyyatlarının təsnifatı barədə məlumat verilmiş, tələbələrin sualları cavablandırılmışdır.
Naxçıvan şəhər 3 saylı notariat ofisində olan tələbələrə notariat hərəkətləri, notariat hərəkətləri aparılmasının əsas qaydaları, notariat hərəkətləri aparılan zaman dövlət rüsumunun ödənilməsi qaydaları və notariat hərəkətlərinə dair qanunvericiliyin əsas müddəaları haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, notariat əməliyyatları aparılarkən tərəflərin hüquqlarının qorunması və qanunvericiliyin tələblərinin gözlənilməsi diqqət mərkəzində saxlanılmalıdır. Ofisdə olan tələbələr iş prinsipi ilə praktiki olaraq tanış olmuş, onları maraqlandıran suallar cavablandırılmışdır.


“Ədliyyə könüllüləri” iş prosesində iştirak edib-FOTOLAR
“Ədliyyə könüllüləri” iş prosesində iştirak edib-FOTOLAR“Ədliyyə könüllüləri” iş prosesində iştirak edib-FOTOLAR

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031