SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda Startapla bağlı növbəti tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Startapla bağlı növbəti  tədbir keçirilib
19-11-2019, 16:22

Noyabrın 19-da Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyasının (İnnolab) təşkilatçılığı və Naxçıvan Muxtar Republikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşlarının iştirakı ilə Startapla bağlı tədbir keçirilib.

İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə institutun prorektoru Azad Novruzov açaraq Muxtar Respublikamizda təhsilin inkişafı, güclü təhsil infrastrukturunun, yüksək ixtisaslı kadr hazırlığının və maddi-texniki bazanın yaradılması istiqamətində çox mühüm addımlar atıldığını qeyd etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələrək Naxçıvan Müəllimlər İnstitutunda da Startapla bağlı, yeni ideyaların, layihələrin dəstəklənməsi ilə bağlı bir sıra tədbirlərin keçirildiyini qeyd etmişdir. Sonra Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şöbə müdiri Hüseyn Əsgərli “Startup.nakhchivan.az” internet portalını Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələbə heyətinə bölmələr və modullar üzrə geniş şəkildə təqdim etmişdir. “İdeyadan Biznesə” startap layihəsində final mərhələsinə yüksələn “PayPort” layihəsinin komanda üzvləri öz təcrübələrini tələbələrlə bölüşdülər. Maarifləndirici tədbirdə tələbələrin Startapla bağlı sualları cavablandırılmış və təklifləri nəzərə alınmışdır. Tədbir diskussiya şəraitində davam etmişdir.
Tədbirin sonunda Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Azad Novruzov Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşlarına təqdimat üçün dərin minnətdarlığını bildirmiş, gələcək işlərində uğurlar arzulamışdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031