SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xəzan ömürlü payız-Yarpaq tökümü

Xəzan ömürlü payız-Yarpaq tökümü
17-11-2019, 16:08

Bu yay çox isti keçdi. Bəzən də hərarətin nə vaxt sərin hava ilə əvəzlənəcəyini arzulaya-arzulaya gəlib yetişdik qızıl payıza. Özlərindən sonra çılpaqlaşan ağaclara yerdən baxmaq istəyidir yarpaqların payız arzusu. Ötüb keçən illərin sonradan bizə boylanan şirin xatirələridir yarpaq tökümü.
Payız gələndən yağan yağışlar torpağın su yanğısını söndürüb sanki. Yamyaşıl meşələrin gözlərimiz qarşısında saralıb-solması ürəkağrıdıcı olsa da, "bütün fəsillər gözəldir" məntiqi bizi sakitləşdirir və gələcəyin daha gözəl olacağı ruhunu qəbul edərək yaşayırıq. Ömür çox qəribədir. Ötüb keçən günlərin, onlara calaq olan ayların, illərin axarına düşüb gedən talelər həyat kitabını yaza-yaza öz son ucuna-bitkin ömrün axarına yetişir. Hardasa tapdıqların sənin qazancın, itirdiklərin isə həyata keçməyən arzuların olur.
Yenə yağış yağır. Pəncərənin önündə çaxan şimşəyin işığını seyr edə-edə düşünürəm ki, nə yaxşı payız gəldi. Buludların yağış sırğası torpaq olmaq istəyən yarpaqların köksünü islatdı. Bu yağış küçələrdəki izləri yuyacaq. Toz-torpaqdan intiqam alacaq şırıltılı-pıçıltılı damcılar. Rəqs eyləyən damcıların ahənginə baxdıqca uzun bir keçmiş gəlib keçir gözlərin qarşısından:

Əzizim ildi keçdi,
Dərdini bildi keçdi.
Yağdı yağış çəmənə,
İzini sildi, keçdi.

Arazın səsi qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031