SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayonunda payızlıq taxıl əkinləri davam edir

Şərur rayonunda payızlıq taxıl əkinləri davam edir
17-11-2019, 12:27

Bu il rayonumuzun taxılçıları 13 min 447 ton məhsul istehsal edib, hektardan məhsuldarlıq 33,8 sentnerə çatdırılıb. Torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün payızlıq taxıl əkinlərinə də əvvəlcədən hərtərəfli hazırlıq işləri görüb, məhsuldar toxumlar tədarük ediblər.
Hazırda torpaq mülkiyyətçiləri payızlıq taxıl əkini keçirirlər. Qısa müddətdə 4 min hektardan artıq sahədə şum qaldırılıb, şumlanan sahələrin 1.513 hektarına toxum səpilib. Əkilən sahələrin 1407 hektarı buğda, 106 hektarı isə arpadır. Mütərəqqi metod olan şırım üsulu ilə əkinə üstünlük verilir.
Ailə təsərrüfatları gələcəyin bol məhsulunun əsasını məhz payızlıq taxıl əkininin vaxtında və aqrotexniki qaydalar əsasında həyata keçirilməsində görürlər. Torpaq mülkiyyətçiləri payızlıq taxıl əkinini optimal müddətdə və vaxtında həyata keçirməyə çalışırlar.
Əkində «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən texnikalardan səmərəli istifadə olunur.

“Şərurun səsi” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031