SON DƏQİQƏ

naxcivanxeberleri.com

Akademik İsmayıl Hacıyevin 68 yaşı tamam olur

Akademik İsmayıl Hacıyevin 68 yaşı tamam olur
21-01-2019, 12:33 473 dəfə baxılıb

Yanvarın 21-də görkəmli tarixçi-alim, AMEA Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Muxtar oğlu Hacıyevin 68 yaşı tamam olur.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, İsmayıl Hacıyev 1951-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu­nun (indiki ADPU) Tarix fakültəsini fərqlən­mə diplomu ilə bitirmişdir.

1992-ci ildə tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildə tarix üzrə elmlər doktoru elmi dərəcələrini, 2004-cü ildə professor elmi adını almışdır. 2003-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

İsmayıl Hacıyev əmək fəaliyyətinə 1974-cü ildə Naxçıvan MR Culfa rayonunu Xoşkeşin kənd məktəbində müəllim kimi başlamış, 1978-ci ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki NDU) müəllim, dekan müavini, elmi işlər üzrə prorektor, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin sədri və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir.

2000-ci ildə Naxçıvan MR Ali Məclisinin, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Tarixçi alim elmi-pedaqoji sahədə xidmətlərinə görə bir sıra dövlət mükafatlarına, müxtəlif elmi və fəxri adlara, o cümlədən Əməkdar elm xadimi fəxri adına, Y.Məmmədəliyev mükafatına, Naxçıvan MR Ali Məclisinin Xatirə medalına, Fəxri Fərmanına, AMEA-nın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanlarına layiq görülmüşdür.

NAXCİVANXEBERLERİ.COM
kollektiv olaraq görkəmli elm xadimini bu münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan tarix elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728