SON DƏQİQƏ

naxcivanxeberleri.com

BMT: Diabetdən əziyyət çəkənlərin əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır

BMT: Diabetdən əziyyət çəkənlərin əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır
14-11-2019, 15:52

Diabetdən əziyyət çəkən insanların əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu, BMT-nin Baş katibi Antonio Quterreşin Ümumdünya Diabetlə Mübarizə Günü ilə bağlı müraciətində qeyd edilib.

Müraciətdə bildirilir ki, dünyada 420 milyondan çox insan diabetdən əziyyət çəkir. Müalicəsi olan və çox zaman qarşısı alına bilən bu xəstəlik, əsasən qeyri-sağlam pəhriz, fiziki fəaliyyətsizlik, eləcə də səhiyyə xidmətləri və dərman vasitələrinə çıxışın olmaması səbəbindən yaranır:

"Diabet sağlamlığa ziyan vurur, çoxlarının təhsil və məşğulluq arzularına kölgə salır, icmalara mənfi təsir edir və ailələri külli tibbi xərclər səbəbindən iqtisadi çətinliklər yaşamağa məcbur qoyur. 2030-cu ilə qədər diabet və digər qeyri-yoluxucu xəstəliklərə görə erkən ölüm hallarını üçdə bir dəfə azaltmağı öhdəsinə götürmüş ölkələr bunu Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həll etməyə çalışırlar. Xəstəliyin erkən aşkarlanması və səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi, eləcə də eləcə də 2030-cu ilə qədər Ümumdünya Səhiyyə Xidmətlərinin Təminatına nail olunması, diabetin profilaktikası və müalicəsi üçün həlledici əhəmiyyətə malikdir. Ümumdünya Diabetlə Mübarizə Günündə, dünyada diabetdən əziyyət çəkən bütün insanlara öz dəstəyimi bildirir və sağlamlığa gedən yolda Birləşmiş Millətlər Təşkilatının hər kəsin ehtiyaclarının qarşılanması və rifahı naminə mübarizə apardığını bir daha bəyan edirəm".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031