SON DƏQİQƏ

naxcivanxeberleri.com

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar

ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar
14-11-2019, 15:00

ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və Tələbə qəbulu şöbəsinin əməkdaşı Leyla Əliyeva Naxçıvan Dövlət Universitetində olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,
Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsində keçirilən tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Ali təhsil ocağının elmi potensialı, maddi-texniki bazası və bu ali məktəbdə yerinə yetirilmiş beynəlxalq layihələr haqqında məlumat verilib.

ADA Universiteti Tələbə qəbulu şöbəsinin əməkdaşı Leyla Əliyeva Naxçıvan Dövlət Universitetində mövcud olan elmi və texniki potensialı yüksək dəyərləndirib. Sonra öz universitetləri haqda məlumat verən dekan tələbələri universitetə qəbul qaydaları ilə tanış edib. Vurğulanıb ki, aparılan mühazirənin əsas məqsədi magistr təhsil pilləsi haqda tələbələri məlumatlandırmaqdır. Qeyd edilib ki, Diplomatiya və beynəlxalq münasibətlər, Dövlət idarəetməsi, Təhsil üzrə menecment, Biznesin idarə edilməsi adlı magistr proqramları təklif edən universitetdə proqramlar iki illikdir və tədris dili yalnız ingiliscədir. Diqqətə çatdırılıb ki, ADA Universiteti qəbul zamanı yüksək nəticə göstərmiş tələbələrə universitetdə işləyərək həm təhsil haqqından azad olmaq, həm də təcrübə qazanmaq şansı verir.
ADA Universitetinin İctmai və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev vurğulayıb ki, universitet seçmə fənlər və ümumi təhsil proqramı vasitəsilə əməkdaşlıq edərək və ünsiyyət quraraq həllər təklif edən yüksək potensiala malik məzunlar yetişdirir. Qarşılılqlı müzakirə şəklində keçirilən mühazirədə tələbələrin sualları cavablandırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031