SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət Bayrağı Muzeyində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təşkilatçılığı ilə tədbir keçirilib

Dövlət Bayrağı Muzeyində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təşkilatçılığı ilə  tədbir keçirilib
13-11-2019, 16:30

Dövlət Bayrağı Muzeyində “Üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda keçirilən tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,akademik qeyd edib ki, noyabrın 17-si Azərbaycan tarixində bir sıra hadisələrlə əlamətdardır. 1990-cı il məhz həmin gündə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağı təkcə muxtar dövlətin rəmzi kimi qəbul etməyib, həm də bu bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbulu ilə bağlı Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırıb. Nəticədə 1991-ci il fevral ayının 5-də üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edilib.

Sonra AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyev, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, professor Hüseyn Həşimli mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığını, milli müstəqilliyimizi, azadlığımızı, dövlətçiliyimizi əks etdirən dövlət bayrağımızın dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olduğu vurğulanıb. Eyni zamanda, hələ sovetlər dövründə üçrəngli Azərbaycan bayrağı ilə əlaqədar müxtəlif yaradıcı ziyalıların əsərləri ilə bağlı maraqlı faktlar diqqətə çatdırılıb.

Tədbirin sonunda muzeyə baxış olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031