SON DƏQİQƏ

23:33 - Naxçıvan məhsullarının ixrac imkanları artmaqdadır

23:17 - Azərbaycan Prezidenti: Biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik

22:55 - Prezident İlham Əliyev: Mən hesab edirəm ki, hər bir ölkə hər hansı bir təşkilatda fəaliyyəti tam icra etməlidir

22:35 - Azərbaycan Prezidenti: Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır

22:12 - Azərbaycan Prezidenti: Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır

22:05 - Bu həftə AZAL İstanbula daha bir xüsusi reys yerinə yetirəcək

21:44 - Prezident İlham Əliyev: Modul tipli xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik

21:38 - Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

21:26 - Ermənistanda fövqəladə vəziyyət rejimi yenə uzadılacaq

20:53 - İsraildə karantin rejimi gücləndirilir

20:35 - Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

19:58 - ABŞ-da işlək qazma qurğularının sayı antorekorda getməkdə davam edir

19:33 - Yaponiyada daşqın qurbanlarının sayı artır

19:10 - Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - Normalar müəyyənləşdi

18:56 - Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

naxcivanxeberleri.com

Naxçıvanda “Gənclərlə sağlam gələcəyə” adlı konfrans keçirilib-FOTO

Naxçıvanda “Gənclərlə sağlam gələcəyə” adlı konfrans keçirilib-FOTO
14-11-2019, 09:36

Dünən Naxçıvan Muxtar Respublika Xəstəxanası və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclərlə sağlam gələcəyə” adlı konfrans keçirilib.

NAXCİVANXEBERLERİ.COM
xəbər verir ki, tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov açaraq ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən bəhs edib. Bildirib ki, muxtar respublikamızda aparılan gənclər siyasətinin əsas istiqamətləri içərisində onların sağlamlığının qorunması və fiziki inkişafı da mühüm yer tutur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclərə daim qayğı göstərir, sağlam gəncliyin yetişməsinə xüsusi əhəmiyyət verir. Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında qeyd edib ki, bu gün muxtar respublikamızda gənclərin inkişafı üçün hər bir şərait yaradılıb. Gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması, gələcək üçün sağlam genofondun təmin olunması məqsədilə maarifləndirici tədbirlər həyata keçirilir. Vurğulanıb ki, Gənclər Fondu cari il ərzində müxtəlif layihələrin həyata keçirilməsini dəstəkləyib, bu layihələrdə gənclərin intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil olunması ön plana çəkilib. Bu gün keçirilən konfrans gənclərin fiziki və reproduktiv sağlamlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-oftalmoloqu Kəmalə Əliyeva “Kompüter və smartfonların zərərlərindən qorunmağın yolları”, həkim-nevropatoloq Səkinə Mirzəyeva “Gənclərdə depressiv hallar, onlardan xilasolma yolları”, həkim-fizioterapevt Nuray Əliyeva “Onurğa problemləri”, həkim-stomatoloq Vüsal Əliyev “Ağız boşluğu xəstəliklərinin yaranma səbəbləri və profilaktikası”, Oftalmologiya ixtisası üzrə həkim-rezident Aynur Rzayeva “Zərərli ultrabənövşəyi şüaların törətdiyi xəstəliklər və onlardan qorunma yolları”, həkim-endokrinoloq Aysel Dünyamalıyeva “Hazır qidalar və onların törətdiyi fəsadlar” mövzularında çıxış ediblər. Konfransın sonunda suallar cavablandırılıb, müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına "Bakcell"MMC tərəfindən hədiyyələr təqdim olunub.


Naxçıvanda “Gənclərlə sağlam gələcəyə” adlı konfrans keçirilib-FOTO
Naxçıvanda “Gənclərlə sağlam gələcəyə” adlı konfrans keçirilib-FOTO
Naxçıvanda “Gənclərlə sağlam gələcəyə” adlı konfrans keçirilib-FOTO
Naxçıvanda “Gənclərlə sağlam gələcəyə” adlı konfrans keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031