SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elektrik enerjisi ixracı artıb - HESABAT

Elektrik enerjisi ixracı artıb - HESABAT
20-01-2019, 20:42

Keçən il Azərbaycan elektrik enerjisi ixracını artırıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir. Bildirilir ki, 2018-ci ildə ölkə üzrə elektrik enerjisinin ixracı 1 milyard 447,7 milyon kilovat/saat olmaqla 2017-ci illə (1,28 milyard kilovat/saat) müqayisədə 165,2 milyon kilovat/saat artıb. İl ərzində elektrik enerjisi idxalı isə 131,1 milyon kilovat/saat olmaqla əvvəlki illə (107,8 milyon kilovat/saat) müqayisədə 23,3 milyon kilovat/saat çoxalıb.

İxrac olunan 1,44 milyon kilovat/saat elektrik enerjisinin 80,3 milyon kilovat/saatı İranın, 13,45 milyon kilovat/saatı Türkiyə-Gürcüstan tranzitinin, 121,5 milyon kilovat/saatı Rusiyanın, 1,23 milyard kilovat/saatı isə Gürcüstanın payına düşüb.

Ötən il ümumilikdə 131,1 milyon kilovat/saat elektrik enerjisinin 32 milyon kilovat/saatı İrandan, 76 milyon kilovat/saatı Rusiyadan, 23,1 milyon kilovat/saatı Gürcüstandan idxal edilib.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930