SON DƏQİQƏ

naxcivanxeberleri.com

AİLƏ İLKİN MƏKTƏBDİR

AİLƏ İLKİN MƏKTƏBDİR
10-11-2019, 20:30

Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.
Ümummilli lider Heydər Əliyev.

Ana və atalar həyatlarını uşaqlarına həsr edər. Ömürləri, bir gün onların həyatda lazımlı bacarıqları qazanacaqları ümidiylə keçər. Uşaqlarını düzgün yetişdirmək, onların qərarlarını istiqamətləndirmək, problemlərini həll etmək və davranışlarını formalaşdırmaq, valideynlərin əsas məqsədidır. Həyat yollarında əl-ələ verər və uşaqlarımız öz ayaqları üzərində dayanacağı ana qədər, onlara bildiklərimizi, mənəvi dəyərlərimizi öyrədər və həyatın çətinliklırini izah edərik. Etdiyiniz hər şey, inandığınız hər şey və bütün davranışlarınız uşaqların düzgün yetişməyinə təsir göstərir. Bir uşaq üçün, valideynin təqdim etdiyi nümunədən daha yaxşı nümunə ola bilməz. Bu səbəblə ana və atalar olaraq, yer üzərindəki ən böyük vəzifəyə, uşaqlarımızı gündən-günə düzgün yetişdirmək vəzifəsinə sahibik. Bu hər şeyi doğru etmək, ya da hər şeyi dinləmək bacarığına sahib olmaq ya da hər şeyi bilməklə əlaqəli bir şey deyil. Bu, arzu etməyə bağlıdır. Uşaqlarınızı düzgun yetirmək üçün yalnız və yalnız bunu istəmək və edə biləcəyinizin ən yaxşısını etmək kifayətdir.
Uşaqlar bir şəxsiyyət kimi ilkin olaraq ailədə böyüyürlər. Uşaqların normal böyüməsi üçün ailənin tam olması ən mühüm amillərdən biridir. Aparılan tədqiqatlar və müşahidələr göstərir ki, tam ailələrdə böyüyən uşaqlarla, natamam ailədə böyüyən uşaqların davranışında və psixologiyasında mühüm fərqlər var. Hər bir uşaq ana–ata sevgisi istər. Bu maddiyyatla bağlı deyil, mənəviyyatla bağlıdır. Bu baxımdan gənc ana- atalar çox diqqətli olmalıdırlar, günazsız doğulan uşaqlarına həyatlarının ilk anlarından mənəvi zərbə vurmamalıdırlar.
Uzun illik pedoqoji fəaliyyətimdə müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, natamam ailələrdə böyüyən uşaqlarda özünə inam hissi digər uşaqlara nisbətən zəif olur, çox aqressiv olurlar. Təssüf hissi ilə deyə bilərik ki, son zamanlar gənc ailələr arasında boşanma halları daha çoxdur. Bu da uşaqların psixologiyasına çox mənfi təsir göstərir. Adətən, uşaqlar, xoşbəxt, normal bir ailədə doğulduqları üçün özlərini xoşbəxt hiss edərlər, məmnunluq hissi keçirərlər.
Biz uşağın dünyaya gəldiyi gündən etibarən, böyük bir səfərə addım atırıq; Burada durmaq, geri dönmək və təzminat ödəyərək ayrılmaqdan söz gedə bilməz. Bu səfər ömür boyu davam edər.
Uçaqlar tam ailələrdə böyüdükdə onlarda özünə inam daha güclü olur. Özünə hörmət, özünə inam, insanın həyatı boyunca inkişaf edən bir prosesdir. Bu, adamın özünə inamı, özündəki yaxşı xüsusiyyətləri görmə qabliyyəti ilə bərabər, etdiyi seçimlərlə əlaqədər inkişaf edən bir şeydir. Uşaqlar davranış və görüş baxımından valideynlər və qardaşlarından çox asılı olduqları üçün, ailə özünə inamın inkişafa başladığı ilk məkandır. Bunun üçün ana - atalar ən kiçik detallara diqqət edərək uşaqlarda özünə inam formalaşdırmalıdırlar. Məsələn, səhər yataqdan qalxarkən ana övladına; bu səhər çox yaxşı bir iş gördün; Yatağını demədən yığdın; Döşəkağını döşəyin altına saldın; Yataq örtüyünü çox gözəl örtdün; Yataqları çox gözəl yerləşdirdin kimi....xoş sozlər dedikdə uşaqlar özlərini xoşbəxt hiss edər, gördükləri işdən məmnunluq duyarlar. Uşaqlar gördükləri iş üçün ətrafdakılardan xoş sözlər eşitmək istərlər. Bu onlara qurur hissi verər. Hər zaman ailə üzvləri çalışıb uşaqların beyinlərinə müsbət düşüncə toxumları əkməlidir. Bizim onların zehinlərinə əkdiyimiz toxumlar sahib olduqları düşüncələridir; bunlar müsbət və ya mənfi bir şəkildə “öz-özünlə danışmaqdır”. Uşaqların əhvalını pozan, ya da onlara mənfi təsir göstərən sözlərdən bəzən valideyinlər həddindən artıq çox istifadə edirlər. ”Riyaziyyatın bərbaddır”, “Çox davakarsan”, “Müəllimlərin sənin hərəkətindən narazıdırlar" və s.
Uşaqlara yalnız maraq göstərmək belə, onlarda özünə inam inkişaf etdirə bilər. Məsələn, ailədə hər kəs üçün rol verin və bu rolu oynaması üçün, beş ilə on dəqiqə arası davam edən vaxt verin. Uşaqlar istəklərini söyləyib, istəklərini etsinlər. Mahnı oxumaq, hekayə danışmaq, şeir oxumaq, futbol qaydalarını saymaq, sehrbazlıq etmək, lətifə söyləmək kimi... dinləyənlər heç vaxt tənqidi rəftar etməməli, yalnız dinləməli, izləməli, gülməli və alqışlamalıdır. Özünü olduğu kimi ifadə edərkən, bütün ailəni yanında hiss etmək gözəl bir duyğudur. Və yaxud verilən hər ev tapşırığını yazmaq üçün, uşaqlarınız üçün kiçik qeyd dəftəri ayırın və hər gün bu dəftərə baxın. Dərs bitdikdən sonra çölə oynamağa getməmişdən əvvəl bütün kitab və dəftərlərinin çantasında olub olmadığını düşünmək üçün, bir dəqiqə dayanması üçün onunla danışın.
Evdə uşağınızın diqqqətini dağıtmayacaq bir künc hazırlayın. Kağız-qələm, lüğət, silgi, xətkeş, cədvəl burada olsun.
Ana və atalar, uşağın soruşduqlarını cavablamalı ya da hazırlanan tapşırığa baxmalıdır. Ana və ata uşağın tapşırığını etməməlidir.
Uşağınızın bir problem yaşadığnı hiss etdiyinizdə müəllimi ilə görüşün.
Hər ailə bir çox baxımdan mükəmməldir. Halqa meydana gətirərək oturun və hər ailə üzvü özünə görə tamamlasın.:
“Biz mükəmməl bir ailəyik, çünki...” Birlikdə etməkdən xoşladiğınız şeylər nədir, evin nizamı necə təmin edilir, paylaşdığiniz məslələri düşünə bildiyiniz kimi etmək,... bütün müsbət xüsusiyyətləri tamalayana qədər bu işi davam etdirin. Bir ailə olaraq yaşamaq zaman, sevgi və cəsarət tələb edir, bu səbəblə hamımızın nə qədər dəyərli olduğunu unutmamaq çox əhəmiyyətlidir.
Hər bir uşağın nümunə götürdüyü, diqqət yaradacaq xüsusiyyətlərə malik olan və arzu etdiyi bir şeyi reallaşdıracaq qabliyyətinə malik bir qəhramana ehtiyacı vardır. Uşağın qəhramanı bəzən ata və analar, bəzən də bir idman ulduzu, müəllim, yazıçı, musiqiçi və ya sənətçi ola bilər. Uşağınızın heyranlıq duyduğu və onun kimi olmaq istədiyi iki adamın adını verib, verə bilmədiyini soruşun. Bu insanları nə üçün sevdikləri mövzusunda onunla danışın. Uşağınızın bu qəhramanlar kimi olması üçün nə etməsi lazımdır? Heyranlıq əhəmiyyətli bir fərdi motivasiya ünsürüdür. Bu səbəblə uşağınızın həm gündəlik həyatla əlaqədar, həm də tanınmış, böyük şəxsiyyətlər arasından seçilmiş öz qəhramanları olmalarına diqqət edin.
Əgər uşağınız bir iş görmək istəyirsə ona dəstək olun. Bu işlər müxtəlif ola bilər Məsələn, ev heyvanlarına baxmaq, yaşlılara kömək edib onların alverlərini və bağça işlərini görmək, özündən kiçik uşaqlara kitab oxumaq, avtomobil yumaq və ya ev heyvanları saxlamaq, bağçadakı zərərli otları təmizləmək ya da yarpaqları yığmaq. Variantlar çoxdur. Amma əvvəlcə ona işə zamanında başlamaq, sözüylə işi bir olmaq, verilən təlimatı dinləmək də içində olmaqla yaxşı bir iş görən olmağın məsuliyyətini izah edin. İşə başlayan uşağınıza sahib olmadığı bir bacarığa yiyələnməkdə və etdiyi işin qarşılığında tələb edəcəyi ödənişi aydınlaşdırmağa kömək edin. Bir vəzifə sahibi olmaq, az da olsa pul qazanmaq, bir işi yaxşı yerinə yetirməkdən məmnun olmaq, bunların hamısı fərdi motivasiyanı inkişaf etdirir.
Uşaq futbol, basketbol, rəqs, piano dərsi, şəkil çəkmək kimi bir fəaliyyətə başlamağa qərar versə, oturub birlikdə bu fəaliyyət üçün bir sınaq müddəti qoyun. İdman məsələsində on həftəlik bir müddət qoyula bilər. Musiqi alətlərində isə bir neçə ay lazımdır. Bir çox hallarda uşaq ilk başlarda inamsız ola bilər. Başqa uşaqların özündən daha yaxşı olduqlarını görər ya da məşq etməkdən xoşlanmayıb buraxmaq istəyə bilər. Başlanan bir şeyi bitirmək yaxşı bir vərdişdir və uşağa qorxularını məğlub edə biləcəyini və yeni bacarıqlar qazana biləcəyini göstərər. Öz güçü və zəifliyilə əlaqədar təcrübəyə malik olduğu və bunları aşdığı üçün, bu irəlidə fərdi motivasiya sahibi köməkçi olar. Əgər uşağınız qatıldığı fəaliyyəti başda razılaşma müddəti bitdikdən sonra qurtarmaq istərsə, bu qərara hörmət nümayiş etdirin. Əgər uşağınız hər hansı bir fəaliyyətə maraq duymursa, birlikdə başqa bir məşğuliyyət axtarın və onu ürəkləndirin. Uşaqlar ümumiyyətlə yetkinlik çağına çatana qədər fəaliyyətlərini özləri təyin edə bilməz. O dövrə qədər ətrafındakı böyüklərin köməyinə ehtiyac duyarlar. Planlaşdırma strategiyasının onlara öyrədilməsi və məqsədlər tapıb bunları reallaşdırdığını ata-ananın izləməsi lazımdır. Uşağınıza böyük bir təqvim tərtib edin və bu təqvimə bunları yazmasına çalışın: Məktəb tapşırıqlarının tarixləri, məktəblə əlaqədar xüsusi günlər, komandanın fəaliyyəti ilə əlaqədar tarixlər, konsertlər və.s. Uşağınız məktəbdən evə əhəmiyyətli bir tapşırıqla gəldiyində, məsələn: bir hesabat yazması lazım olduğunda , işə yaxınlaşma tərzini təşkilatlandırılması üçün, “Bu necə bir hesabat olacaq? Gələcək həftə sonu evdə olmazsan, hesabat nə olacaq? “ kimi problem yaradacaq suallar qoyun. Təqvimlə, hesabatla əlaqədar hansı gün nə ediləcəyini də yazın. Böyük vəzifələri kiçik hədəflərə bölməyə kömək edərək, uşağa ömürü boyunca faydalı olacaq bir vasitə vermiş olarsınız.
Uşaqların düzgün yetişməsinə kömək edəcək bu cür üsullardan uşaq tərbiyəsində valideyinlər səmərəli şəkildə istifadə etsələr uşaqlarının bir şəxsiyyət yetişdirməkdə, mənəvi dəyərlər aşılamaqda və həyat bacarığı öyrətməkdə çətinlik çəkməzlər, bu üsullarla və yüzlərcə belə üsullar onlara köməkçi olar.

Tamara BAXŞƏLİYEVA
Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, pedaqoq

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930