SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında yürüş keçirilib

“Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında yürüş keçirilib
9-11-2019, 14:30

Müdafiə Nazirliyi və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibətilə “Qarabağ Azərbaycandır və nida” devizi altında yürüş keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, yürüşdə Müdafiə Nazirliyinin, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları, həmçinin ictimaiyyət nümayəndələri də iştirak edib.

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" fikrinə dəstək olaraq reallaşdırdıqları yürüş boyunca Bakıdan Tərtərə, Qazaxdan Gəncəyə, Biləsuvardan Beyləqana gedən avtomobil yollarının üzərində yerləşən şəhər və rayonlardakı şəhidlər xiyabanlarını ziyarət edib, həlak olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıblar. Yolboyu Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyazma avtomobili vasitəsilə Azərbaycan xalqının zəfər marşı səsləndirilib.

Sonda isə tədbir iştirakçıları düşmənlə təmas xəttində yerləşən “N” hərbi hissəsində xidmət edən hərbi qulluqçularla görüşüb və onları bayram günü münasibətilə təbrik ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930