SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daun sindromlu və serebral iflicli uşaqlar birgə fləşmob keçirib - VİDEO

Daun sindromlu və serebral iflicli uşaqlar birgə fləşmob keçirib - VİDEO
9-11-2019, 13:30

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyi və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş fləşmob keçirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ictimai birlikdən verilən məlumata görə, “Gənclik Mall” Ticarət Mərkəzində keçirilən fləşmobda Daun sindromlu və serebral iflicli uşaqlar çıxış ediblər. Ticarət Mərkəzində izdihamın hissəsində Daun sindromlu və serebral iflicli milli geyimli uşaqlar qəfildən “Azərbaycan” mahnısının sədaları altında əllərində bayraqlar rəqs etməyə başlayıblar. Fləşmob ətrafdakı insanların böyük marağına səbəb olub.

Fləşmobun keçirilməsində məqsəd milli atributlarımıza sevginin, milli özünüdərkin azyaşlılara aşılanmasının əhəmiyyətini Daun sindromlu və serebral iflicli uşaqlar vasitəsilə insanlara çatdırmaqdır. YAP Nizami rayon təşkilatı Gənclər Birliyi və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyi hər il əlamətdar tarixləri Daun sindromlu şəxslər və serebral iflicli uşaqlarla birlikdə qeyd edir. İctimai birliyin əsas məqsədlərindən biri bu qəbildən olan uşaqların da cəmiyyətin ayrılmaz bir parçasını təşkil etdiklərini və böyük potensiala malik olduqlarını göstərməkdir.

Qeyd edək ki, 2013-cü ildə yaradılan “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində iki mərkəz fəaliyyət göstərir. Bunlar Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi və “Qayğı” Uşaq Reabilitasiya Mərkəzidir. Hər iki mərkəz Heydər Əliyev Fondunun, birbaşa olaraq Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə təsis edilib.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930