SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Məhəmməd Peyğəmbərin mövludu günü qeyd olunub

Naxçıvanda Məhəmməd Peyğəmbərin mövludu günü qeyd olunub
8-11-2019, 20:10

Noyabrın 8-də Naxçıvan şəhərindəki “Came” məscidində Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbir keçirilib. Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, xalqımıza əmin-amanlıq, ölkəmizə sülh, inkişaf və tərəqqi arzulanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından ehsan verilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bildirilib ki, insanları humanizm və bəşəri ideyalar ətrafında birləşdirən İslam dini tarixən xalqımızın dünyagörüşünün formalaşmasında və dini-mənəvi dəyərlərimizin inkişafında müstəsna rol oynayıb, Azərbaycanda islami dəyərlərin qorunub yaşadılmasına xüsusi diqqət yetirilib. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din münasibətləri bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mütərəqqi dini dəyərlər və ənənələr həmişə uca tutulur. Naxçıvan Muxtar Respublikasında da islami dəyərlər qorunub yaşadılır, yeni məscid binaları tikilərək istifadəyə verilir, dini mərasimlər keçirilir. İslamın digər bayramları kimi, Məhəmməd Peyğəmbərin mövludu günü də hər il muxtar respublikada qeyd olunur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930