SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib-FOTO

“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib-FOTO
8-11-2019, 18:12

“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib. Universitetin konfrans zalında keçirilən tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsələndirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, üçrəngli, aypara və səkkizgüşəli ulduz təsviri olan milli bayrağımız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yaradılaraq ölkəmizin səmasında dalğalanmışdır.Yalnız 70 il sonra 1990-cı ilin noyabr ayının 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunumuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması , Naxçıvan MSSR-in adından “sovet” və “sosialist”sözləri çıxarılaraq onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. ,Ulu öndərin milli mənafelərə əsaslanan siyasətinin bütün sahələrdə uğurla davam etdirildiyini diqqətə çatdıran rektor bildirmişdir ki, ölkə başçısı İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur.
Daha sonra universitetin “Ümumi tarix” kafedrasının müəllimi Rəna Qurbanovanın “Bayraq günü”mövzusunda çıxışı dinlənilib.
Qeyd edilib ki, bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
Tədbirin bədii hissəsində tələbələrin ifasında bir-birindən maraqlı musiqi nömrələri, barağımıza həsr olunmuş şeirlər səsələndirilimiş, milli rəqslərimiz nümayiş etdrilib.
Sonda tələbələr arasında keçirilən 9 noyabr- Azrəbayca Respublikası Dövlət Bayrağı Gününə həsr olunmuş futbol yarışının qalibləri mükafatlandırılıb.


“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib-FOTO“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib-FOTO
“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib-FOTO
“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib-FOTO
“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib-FOTO
“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib-FOTO
“Naxçıvan” Universitetində Dövlət Bayrağı Günü qeyd edilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930