SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2 günlük təlimə yekun vurulub

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2 günlük təlimə yekun vurulub
8-11-2019, 16:40

Maliyyə Nazirliyində əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair təlim keçirilib. Təlimə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlardan bu sahə üzrə çalışan 20 nəfər mütəxəssis cəlb edilib.

Təlimin təşkil olunmasında məqsəd kadr və kargüzarlıq işinin qanunericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,təlimi ekspert qismində Nazirliyin Ümumi işlər və kadrlar şöbəsinin müdiri Tural Əliyev keçib. Azərbaycan Respublikasının əmək qanunvericiliyi, “Dövlət qulluğu haqqına” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri, əmək müqaviləsi, işçinin əməkhaqqı və məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri, kadrlara dair tələblərin müəyyənləşdirilməsi, insan resurslarının effektiv idarə olunması, kargüzarlığın aparılması və təkmilləşdirilməsi ilə bağlı mövzular müzakirə olunub.

İştirakçılara mövzunu əhatə edən test tapşırıqları verilib və müvafiq qiymətləndirmə aparılıb. Nəticəyə uyğun olaraq müvəffəqiyyət qazanmış iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930