SON DƏQİQƏ

naxcivanxeberleri.com

9 noyabr “Dövlət Bayrağı Günü” Naxçıvan Müəllimlər İnstitutunda qeyd olunub-FOTO

9 noyabr “Dövlət Bayrağı Günü” Naxçıvan Müəllimlər İnstitutunda  qeyd olunub-FOTO
8-11-2019, 11:22

Naxçıvan Müəllimlər İnstitutunda “ 9 noyabr- Dövlət Bayrağı Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,
tədbirlər silsiləsində “ Dövlət Bayrağı Günü”nə həsr olunmuş tələbələrin rəsm və əl işlərindən ibarət sərgisi, oğlan və qız tələbələri arasında fakültələrarası voleybol yarışı, tələbələr arasında bədii qiraət müsabiqəsi və sonda yekun tədbir keçirilib.

Yekun tədbiri giriş sözü ilə açan institutun rektoru Elbrus İsayev qürur və fəxarət yerimiz olan üçrəngli bayrağımızın keçdiyi tarixi yol, bayrağımız, vətənimiz uğrunda xalqımızın apardığı mübarizələr, Dövlət Bayrağı Gününün təsis olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı tarixi sərəncam haqqında geniş məlumat verdi. O, bayrağımızın daima yüksəkliklərdə dalğalanması üçün müəllim və tələbələrin üzərinə düşən vəzifələrdən danışaraq, tədbir iştirakçılarını və kollektiv adından bütün xalqımızı təbrik etdi. Bayram münasibətilə keçirilən yarış və müsabiqə qalibləri olan tələbələrin fəxri fərman və diplomlar təqdim edildi.

Sonra tələbələrin ifasında ədəbi-bədii kompozisiya və konsert proqramı təqdim olundu.


9 noyabr “Dövlət Bayrağı Günü” Naxçıvan Müəllimlər İnstitutunda  qeyd olunub-FOTO
9 noyabr “Dövlət Bayrağı Günü” Naxçıvan Müəllimlər İnstitutunda  qeyd olunub-FOTO
9 noyabr “Dövlət Bayrağı Günü” Naxçıvan Müəllimlər İnstitutunda  qeyd olunub-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930