SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sahibkar: “ Naxçıvanda təbii və orqanik qida istehsalı mühüm yer tutur və yüksələn xətlə inkişafdadır”

Sahibkar: “ Naxçıvanda təbii və orqanik qida istehsalı mühüm yer tutur və yüksələn xətlə inkişafdadır”
7-11-2019, 09:40

Xəbər verdiyimiz kimi, noyabrın 2-də “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.
Festivalda yerli sahibkarlarla yanaşı Bakı şəhərində yaşayan sahibkarlarda iştirak edib.


Bakı şəhərində yaşıyan və festivala ilk dəfə qatılan "NaxPro" MMC-nin rəhbəri Emin Tarverdiyev festivalnan bağlı təəssüratlarını bölüşüb.
NAXCİVANXEBERLERİ.COM olaraq həmin təəssüratları sizə təqdim edirik:
Bu il Naxçıvanda keçirilən "Ailə Təsərrüfatı Festivalı"nda iştirak etmək mənim üçün çox sevindirici oldu. 3 ildən çoxdur ki, Bakıda Naxçıvan məhsullarının satışı ilə məşğul olduğum üçün, Naxçıvanda qida məhsulları istehsal edən ailə təsərrüfatlarının bir neçəsi ilə qiyabi də olsa tanış idim. Mən elə düşünürdüm ki, bir neçə ailə məhz qida məhsullarının istehsalı ilə məşğul olur. Bu da bir növ ailələrin həvəskar məşğuliyyətidir. Lakin festivalda iştirak edəndən sonra anladım ki, Naxçıvanda təbii və orqanik qida istehsalı iqtisadiyyatda mühüm yer tutur və yüksələn xətlə inkişafdadır. Bu sahəyə göstərilən xüsusi diqqət və marağı sayəsində tezliklə orqanik məhsulların xarici ölkələrə ixrac olunacağına inandım. Düzü əgər bu festivalda iştirak etməsəydim, Naxçıvanda ailə təsərrüfatlarının hansı potensiala malik olduğu haqqında məndə təsəvvür olmayacaqdı. Həmçinin mənimlə ilk dəfə Naxçıvana gedən qonaqların bölgəmizdə gördüklərindən heyrətlənmələri adamı yaxşı mənada qürurlandırır. Tərtəmiz yollar, bir-birindən gözəl mənzərələr, müasirlik və tarixiliyin aurası, insanların qonaqpərvərliyi qarşısında adam hisslərini ifadə etməyə söz tapa bilmir. Bizimlə gələn qonaqların dilindən tez-tez eşitdiyim - "Sadəcə olaraq, bir kəlmə, heyif ki, vaxt az oldu, kaş ki, ən azından bir həftə Naxçıvanda qalıb,, doyunca gəzə bilərdik - sözlərindən başqa heç nə demək olmur. Naxçıvanda biz sahibkarlara göstərilən xüsusi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz adımızdan, həmçinin qonaqların adından öz dərin minnətdarlığımızı bildiririk. İnşallah, növbəti festivala qədər bizə göstərilən etimadı doğruldarıq.”

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930