SON DƏQİQƏ

21:40 - Maradona Argentina klubunu tərk etdi

21:15 - Naxçıvan Dövlət Texniki Kollecində mülki müdafiə məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib-FOTO

21:11 - Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

20:48 - Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

20:20 - “Antibiotiklərdən düzgün istifadə”mövzusunda maarifləndirici tədbir keçirilib

20:03 - Kanadalı turist: “Naxçıvana sadəcə valeh oldum”

19:46 - “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı olub

19:28 - Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib-FOTO

19:06 - Ümumdünya Uşaq Günü ilə əlaqədar tədbir keçirilib-FOTO

18:47 - “Nə? Harada? Nə zaman?” İntellektual oyununun Şərur və Sədərək rayon birincilikləri keçirilib-FOTO

18:31 - Azərbaycanın Birinci vitse-prezidenti Rusiyada rəsmi səfərdədir

18:12 - Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb-FOTO

18:08 - Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adlar verilib - SƏRƏNCAM

18:07 - Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib - SƏRƏNCAM

18:06 - Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

naxcivanxeberleri.com

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə orta məktəbdə maarifləndirici tədbir keçirilib

Naxçıvan Fövqəladə Hallar Nazirliyinin  iştirakı ilə orta məktəbdə maarifləndirici tədbir keçirilib
7-11-2019, 09:00

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əməkdaşlarının və 7 nömrəli tam orta məktəbin müəllim, texniki işçi heyətinin iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi 7 nömrəli tam orta məktəbinin müəllim-texniki işçi heyətinə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olub.

Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin, əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin, mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə və mülki müdafiə dərslərinin keçirilməsinə qoyulan müasir tələblər, daimi heyətin və şagirdlərin fövqəladə hallara hazırlanması üzrə tədbirlərin təşkili və keçirilməsi haqqında məlumat verib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəflərindən və dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması və zəhərlənmə zamaı ilk yardım qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, videolar təqdim edilib.


Naxçıvan Fövqəladə Hallar Nazirliyinin  iştirakı ilə orta məktəbdə maarifləndirici tədbir keçirilib
Naxçıvan Fövqəladə Hallar Nazirliyinin  iştirakı ilə orta məktəbdə maarifləndirici tədbir keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930