SON DƏQİQƏ

21:40 - Maradona Argentina klubunu tərk etdi

21:15 - Naxçıvan Dövlət Texniki Kollecində mülki müdafiə məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib-FOTO

21:11 - Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

20:48 - Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

20:20 - “Antibiotiklərdən düzgün istifadə”mövzusunda maarifləndirici tədbir keçirilib

20:03 - Kanadalı turist: “Naxçıvana sadəcə valeh oldum”

19:46 - “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı olub

19:28 - Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib-FOTO

19:06 - Ümumdünya Uşaq Günü ilə əlaqədar tədbir keçirilib-FOTO

18:47 - “Nə? Harada? Nə zaman?” İntellektual oyununun Şərur və Sədərək rayon birincilikləri keçirilib-FOTO

18:31 - Azərbaycanın Birinci vitse-prezidenti Rusiyada rəsmi səfərdədir

18:12 - Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb-FOTO

18:08 - Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adlar verilib - SƏRƏNCAM

18:07 - Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib - SƏRƏNCAM

18:06 - Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

naxcivanxeberleri.com

Hakim vəzifəsinə test imtahanında 81 namizəd növbəti mərhələyə keçib

Hakim vəzifəsinə test imtahanında 81 namizəd növbəti mərhələyə keçib
6-11-2019, 20:30

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin ən müasir beynəlxalq tələblər səviyyəsində, tam şəffaf prosedurlar əsasında seçimi üzrə müsabiqə davam edir.

Hakimlərin Seçki Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, test imtahanında müvəffəqiyyət qazanmış 158 namizədlə yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılıb. İmtahanı beynəlxalq təşkilat və yerli QHT-lərdən olan çoxsaylı müşahidəçi və KİV nümayəndələri izləyib.

Hakimliyə namizədlərin cavab vərəqələri anonim qaydada yoxlanılması üçün kodlaşdırılaraq ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb, bu zaman namizədlərin qanunun məzmununu açmaq və onun izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.

İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 81 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb. Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının İnternet səhifəsində yerləşdirilib.

Eyni zamanda dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli fərmanı ilə əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi prosesi davamlı xarakter daşıyır. Bununla əlaqədar mütəmalı sənəd qəbulu nəticəsində artıq 220-dək hüquqşünas Komitəyə sənədlərini həmçinin elektron qaydada təqdim edib.

İclasda həmin namizədlərlə test imtahanının keçirilməsi məqsədilə hazırlıq tədbirləri müzakirə olunub. İmtahanın Dövlət İmtahan Mərkəzi tərəfindən noyabr ayının ikinci yarasında keçirilməsinin mümkünlüyü qeyd edilib.

Hakimlərin Seçki Komitəsi tərəfindən test imtahınının tarixi, buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair əlavə məlumatlar veriləcəkdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930