SON DƏQİQƏ

naxcivanxeberleri.com

Növbəti maarifləndirici tədbir Şahbuz rayon 1 nömrəli tam orta məktəbinin müəllim və texniki işçi heyətinin iştirakı ilə keçirilib

Növbəti maarifləndirici tədbir Şahbuz rayon 1 nömrəli tam orta məktəbinin müəllim və texniki işçi heyətinin iştirakı ilə keçirilib
6-11-2019, 19:19

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiı işinin təşkili şöbəsinin və rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşlarının və Şahbuz rayon 1 nömrəli tam orta məktəbinin müəllim, texniki işçi heyətinin iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əsas məqsədi Şahbuz rayon 1 nömrəli tam orta məktəbinin müəllim-texniki işçi heyətinə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəflərindən və dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması və zəhərlənmə zamaı ilk yardım qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.
Şahbuz rаyоn Dövlət Yаnğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yаnğın Nəzаrəti Bölməsinin rəisi dахili хidmət mayoru Adəm Kərimov yаnğınlаrın bаş vеrmə səbəbləri və qаrşısının аlınmаsı üzrə görülən qаbаqlаyıcı tədbirlər haqqında məlumat verib.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, videolar təqdim edilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031