SON DƏQİQƏ

naxcivanxeberleri.com

Həmyerlimizin Rusiyanın nüfuzlu jurnalında elmi məqaləsi dərc olunub

Həmyerlimizin Rusiyanın nüfuzlu jurnalında elmi məqaləsi dərc olunub
10-12-2018, 12:40

Rusiyanın nüfuzlu aylıq elmi ”Aktualnıe problemı qumanitarnıx i estestvennıx nauk” jurnalında həmyerlimiz, Naxçıvan Dövlət Universitetinin doktorantı Sərxan Əkbərovun məqaləsi dərc olunub. “Görkəmli özbək şairi Qütb Xarəzminin “Xosrov və Şirin” əsərində hal kateqoriyaları” sərlövhli məqalədə əsərin morfoloji quruluşu haqqında ətraflı məlumat verilir. Jurnalın təqdimatında bu məqalə Qütb yaradıcılığının araşdırılmasında mühüm elmi qaynaqlardan biri kimi dəyərləndirilib. Qeyd olunub ki, Qızıl Ordanın görkəmli şairi Qütb Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərini ilk dəfə türk dilinə tərcümə edib. Onun bu əsərə yazdığı nəzirə də türk dilində yazılmış ilk yazılı ədəbiyyat nümunələrindən biridir. XIV əsrdə yaşamış Qütb bu əsəri ilə türk dili tarixində mühüm bir mərhələsini təşkil edən Qızıl Orda dövrünün yazı dili, xüsusən Qıpçaq şivəsinə mühüm töhfə verib.
Həmyerlimizin məqaləsində Qütbün “Xosrov və Şirin” əsərinin dil xüsusiyyətlərinin Azərbaycan dili ilə müqayisəsi verilmiş və həmçinin bu əsərin hal kateqoriyaları araşdırılmışdır. Tədqiqat zamanı əldə olunan nəticələr gələcəkdə türk dilinin morfoloji quruluşunun və hal kateqoriyalarının tədqiqi ilə məşğul olanlar üçün dəyərli mənbələrdən hesab oluna bilər. Tədqiqatın digər bir praktik əhəmiyyəti isə tədqiq və təhlillər zamanı müqayisələrin aparılması üçün sanballı elmi ədəbiyyatdan istifadə edilməsidir.


Hüseyn Əsgərov

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031