SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları tələbələrlə görüşüb

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları tələbələrlə görüşüb
5-11-2019, 16:50

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamlarının icrası məqsədilə Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri ilə birgə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi elmi nəzəri konfrans keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, universitetdə mövcud olan vətənpərvərlik işi vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissəsi olaraq Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Vurğulanıb ki, ən əsas məsələ ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.

“Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” adlı çıxışında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik-leytenant Daşqın Rəhimov qeyd edib ki, məhz ümummilli liderin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb, digər sahələrdə olduğu kimi ordu quruculuğunda da islahatlar aparılıb. Ordunun müasir texnika ilə gücləndirilməsi, şəxsi heyətin milli, mənəvi-psixoloji hazırlığın istiqamətində mühüm tədbirlər həyata keçirilib. Diqqətə çatdırılıb ki, 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin may ayında Günnüt əməliyyatı Azərbaycan xalqının qələbəyə inamımının, ordu və xalqın birliyinin və xüsusi olaraq Naxçıvan Muxtar Respublikası Ali məclisi Sədri cənab Vasif Talıbovun qayğısı altında əsgər və zabitlərin döyüş əzmindən xəbər verir.

Azərbaycan Respublikasının dövlət bayrağının dövlət müəssisəslərində, ictimai təşkilatlarda müvafiq formada istifadə qaydaları haqqında xidmətin əməkdaşı, mayor Vüsal Əliyev məlumat verib.
2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı diqqətə çatdırılıb. Vurğulanıb ki, həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi kimi rəsmiləşdirib.
Sonra fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev belə hamilik tədbirlərinin keçirilməsinin tələbələrinin nəzəri biliklərinin təcrübədə möhkəmlənməsində artan rolundan danışıb, öz minnətdarlığını ifadə edib, təkliflərini bildirib.

Sonda vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydaları ilə bağlı bukletlər paylanılıb.



Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031