SON DƏQİQƏ

21:40 - Maradona Argentina klubunu tərk etdi

21:15 - Naxçıvan Dövlət Texniki Kollecində mülki müdafiə məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib-FOTO

21:11 - Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

20:48 - Avropa Komissiyası 8 ölkəyə xəbərdarlıq edib

20:20 - “Antibiotiklərdən düzgün istifadə”mövzusunda maarifləndirici tədbir keçirilib

20:03 - Kanadalı turist: “Naxçıvana sadəcə valeh oldum”

19:46 - “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı olub

19:28 - Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib-FOTO

19:06 - Ümumdünya Uşaq Günü ilə əlaqədar tədbir keçirilib-FOTO

18:47 - “Nə? Harada? Nə zaman?” İntellektual oyununun Şərur və Sədərək rayon birincilikləri keçirilib-FOTO

18:31 - Azərbaycanın Birinci vitse-prezidenti Rusiyada rəsmi səfərdədir

18:12 - Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb-FOTO

18:08 - Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adlar verilib - SƏRƏNCAM

18:07 - Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib - SƏRƏNCAM

18:06 - Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

naxcivanxeberleri.com

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sədərək rayonunda maarifləndirici tədbir keçirilib

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sədərək rayonunda maarifləndirici tədbir keçirilib
5-11-2019, 16:25

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsi tərəfindən Sədərək kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin iclas zalında maarifləndirici tədbir keçirilib. Sədərək Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Səfər Hüseynov tədbiri açaraq onun əhəmiyyəti barədə geniş məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Fondun Sədərək rayon şöbəsinin müdiri Nəsimi Rzayev çıxış edərək qeyd etmişdir ki, vətəndaşlara təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Ona görə də hər bir vətəndaş harada çalışmasından asılı olmadan əmək fəaliyyətinə başlayarkən ilk növbədə əmək müqaviləsini imzalamalı, aldığı əməkhaqqının tam məbləğdə əməkhaqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

Bildirilib ki, sığortaolunanlara pensiya təminatı hüququ verən sığorta stajıdır. Sığorta stajı sığortaolunanın Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödədikləri fəaliyyət dövrlərinin məcmusundan ibarətdir. Bu göstərici əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan əsas göstəricidir. Əgər sığorta stajı pensiya təyinatına hüquq yaradırsa onda sığortaolunana pensiya təyinatı aparılır. Sığortaolunanın pensiyasının məbləği isə birbaşa onun əmək fəaliyyəti dövründə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məcmusundan asılıdır. Bu isə pensiya kapitalı adlanır. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Əgər sığortaolunanın fərdi şəxsi hesabında toplanan pensiya kapitalı çox olarsa onda onun əmək pensiyasının məbləğidə çox olacaqdır. Əks halda həmin şəxsin pensiyasının məbləği aşağı olacaqdır.

Sonra şöbənin Sosial sığorta sektorunun məsləhətçisi Elmar Allahyarov “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, pensiyaçılara pensiyaların ödənişində mütərəqqi ödəniş metodların tətbiqi haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Qeyd etmişdir ki, rayonda pensiyaçılara yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların ödənilməsi sistemində mütərəqqi üsullardan istifadə olunur. Hazırda əmək pensiyaçıları plastik kartlar vasitəsilə öz pensiyalarını istənilən vaxt rahat şəkildə əldə edirlər. Həmçinin rayonun kəndlərində yaşayan pensiyaçıların əlavə vəsait xərcləyib rayon mərkəzinə getmədən pensiyalarını əldə etməsi üçün də müvafiq tədbirlər görülüb. Onların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi işi yüksək səviyyədə təşkil olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930