SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu ilə bağlı tədbir keçirilib-FOTO

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu ilə bağlı tədbir keçirilib-FOTO
5-11-2019, 16:00

Ötən il dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin muxtar respublikada "Ailə təsərrüfatları ili” elan olunması müxtəlif ailə təsərrüfatlarının yaradılması üçün yeni imkanlar açıb.

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonları üzrə, ümumilikdə 13 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu, 2 nəfərə mini yerşumlayan, 1 nəfərə otbiçən aqreqat, 1 nəfərə tənəkəçi-rəngsaz alətləri, 1 nəfərə fotoaparat, 1 nəfərə isə pinəçi avadanlıqları alınaraq, vətəndaşların istifadəsinə verilib.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.

Daha sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.

Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu ilə bağlı tədbir keçirilib-FOTO
Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu ilə bağlı tədbir keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930