SON DƏQİQƏ

naxcivanxeberleri.com

Son dörd ildə 3688 Azərbaycan vətəndaşı Gürcüstanın ali məktəblərinə qəbul olunub

Son dörd ildə 3688 Azərbaycan vətəndaşı Gürcüstanın ali məktəblərinə qəbul olunub
5-11-2019, 14:20

2015-2018-ci illərdə Gürcüstanın ali məktəblərinə Azərbaycan vətəndaşı olan 3 688 tələbə qəbul olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının 2019-cu il üzrə “Miqrasiya profili” hesabatında bildirilib.

Hesabat dövründə qonşu ölkənin universitetlərinə daxil olan əcnəbi tələbələrin 23%-ni Azərbaycan vətəndaşları təşkil edib. Azərbaycan Gürcüstanın ali təhsil müəssisələrinə qəbul edilən xarici tələbələr arasında saya görə ikinci yeri tutub.

Birinci yerdə 6 582 tələbə ilə Hindistan qərarlaşıb. 2015-2018-ci illərdə Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olunan əcnəbilərin 41%-ni bu ölkə vətəndaşları təşkil edib. Üçüncü yerdə isə nigeriyalı tələbələrdir (796 nəfər/5%).

Yalnız 2018-ci ildə qonşu ölkənin universitetlərinə 4 888 əcnəbi tələbə qəbul olunub. Onların 3 513-ü bir pilləli tibb, 1 188-i bakalavr, 183-ü magistratura, 4-ü isə doktorantura pilləsi üzrə təhsil alır.

Sənəddə qeyd olunub ki, əcnəbi tələbələrin Gürcüstanda ali təhsilə cəlb olunması məqsədilə 2017-ci ildən etibarən “Gürcüstanda təhsil al” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində aparılan araşdırmanın nəticələrinə əsasən, əcnəbi tələbələrin 78%-i Gürcüstanda təcrübə keçməkdə maraqlıdırlar. Həmin tələbələrin təxminən üçdə bir hissəsi Gürcüstanda işə düzəlmək arzusunda olub. Araşdırma müəyyən edib ki, xarici tələbələr Gürcüstanda təcrübə keçmək və işlə təmin olunma sahəsində dil baryerinə görə çətinliklərlə üzləşirlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930