SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ordubad rayonu ərazisində ekoloji monitorinq keçirib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ordubad rayonu ərazisində ekoloji monitorinq keçirib
4-11-2019, 21:44

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ordubad rayonu ərazisində ekoloji monitorinq keçirib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, monitorinq iştirakçıları ilk növbədə Ordubad şəhərinin yaxınlığındakı mərkəzi poliqonda olub, burada bərk məişət tullantılarının idarə olunması vəziyyətinə nəzarəti həyata keçirib, Müəyyən edilib ki, tullantıların bir hissəsinin üzərinə torpaq örtük verilib, bir hissəsi isə açıq vəziyyətdədir.
Sonra nazirliyin əməkdaşları monitorinqi ayrı-ayrı kənd yaşayış məntəqələrində, xüsusən də Üstüpü, Məzrə, Çənnəb və Düylün kəndlərinin ərazilərində davam etdiriblər. Müəyyən edilib ki, ərazilər aqrotexniki qaydalara əsasən becərilib, vaxtlı-vaxtında suvarmalar aparılıb.
Ekoloqlar dağ çaylarından su nümunələri götürüb, yerindəcə analiz edib, təbiət ərazilərində elə bir ciddi neqativ hallara yol verilmədiyi müəyyənləşdirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930