SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunda taxıl əkini davam etdirilir

Kəngərli rayonunda  taxıl əkini davam etdirilir
3-11-2019, 21:13

Aqrar bölməyə, xüsusilə taxıl istehsalının stimullaşdırılmasına dövlət qayğısının artırılması rayonumuzda taxılçılığın daha da inkişaf etdirilməsinə səbəb olmuşdur. Torpaq-iqlim xüsusiyyəti bölgədə taxılçılığın inkişafı üçün əlverişli imkan yaradır.
Yaradılan şəraitdən, göstərilən dövlət qayğısından ruhlanan rayonumuzun taxılçıları cari ili uğurla başa vurmuş və bu ilin payızında taxıl əkini sahələrinin daha da artırılmasını nəzərdə tutmuşlar. Torpaq mülkiyyətçiləri bu günədək 4 min 430 hektar sahədə payızlıq şum qaldırmış, bunun aqrotexniki tələblərə uyğun hazırlanmış 3 min 105 hektarına buğda və arpa toxumu səpmişlər. Toxum səpini qurtaran kimi sahələr suvarılır. Son həftələr havanın nisbətən mülayim olması cücərtinin tez alınmasına kömək edir.
Əkin zamanı sınaqdan çıxmış və rayonlaşdırılmış buğda və arpa toxumlarından istifadə olunur, şırım üsulu ilə səpinə üstünlük verilir. Bu isə gələn ilin bol məhsulu üçün əsas yaradır. Təbii ki, yüksək məhsulun ilkin şərtlərindən biri də şumun nəzərdə tutulmuş dərinlikdə aparılması, şumdan əvvəl üzvi və mineral gübrələrdən istifadədir. Bu vacib amil də taxılçıların nəzərindən yayınmır.

“Yeni həyat” qəzeti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930