SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daşkəsən, Gədəbəy, Qırız, Sarıbaş və Şahdağa qar yağıb

Daşkəsən, Gədəbəy, Qırız, Sarıbaş və Şahdağa qar yağıb
2-11-2019, 19:52

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 16:00-a olan məlumatına görə, şimal-qərb küləyi arabir Naftalanda 34 m/s, Pirallahıda 33 m/s, Tərtərdə 30 m/s, Sumqayıt və Bakıda 28 m/s, Bayıl yamacında 24 m/s, Xaçmaz və Qum adasnda 24 m/s, Daşkəsəndə 23 m/s; Bərdədə 22 m/s, Çilovda 21 m/s, Ağdam və Nabranda 20 m/s, Zərdabda 18 m/s, Binə və Zabratda 17 m/s, Göytəpə və Şabranda 16 m/s, Neft daşlarında 23 m/s-dək güclənib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metr olub.

Sumqayıt, Bakı, Binə, Zabrat, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, İsmayıllı, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Ağsu, Kişçay, Xınalıq, Şabran və Zaqatalada yağış yağıb.

Saat 07:07-dən saat 15:53-dək Zaqatalaya 37.7 mm yağıntı düşüb. Daşkəsən, Gədəbəy, Qırız, Sarıbaş və Şahdağa qar yağıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930