SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müalicəvi meyvə MANDARİN. Bilmədiyiniz faydaları

Müalicəvi meyvə MANDARİN. Bilmədiyiniz faydaları
31-10-2019, 22:33

C vitamini ilə zəngin olduğundan mandarin immun sistemi üçün çox faydalıdır. Həmçinin bu vitamin damarların sağlamlığını qoruyur və dərini cavanlaşdırır.

Mandarinin tərkibində "salvestrol Q40" adlı maddə var. Bu maddə bir çox xərçəng növlərinin və o cümlədən qaraciyər xərçənginin riskini azaldır. Mandarinin qabığında bu maddə xüsusilə çoxdur. Bu səbəbdən qida mütəxəssisləri mandarin qabığını atmamağı, çay kimi dəmləməyi, müxtəlif yeməklər, salat və şirniyyatlara əlavə etməyi tövsiyə edirlər.

Mandarin həmçinin A vitamini ilə zəngindir. Saglamolun.az xəbər verir ki, bu vitamin ən güclü antioksidantlardan biri sayılır, orqanizmdə gedən qocalma proseslərini ləngidir, dərinin cavanlığını və gözəlliyini qoruyur, görmə problemlərinin riskini azaldır.

Mandarində xolin var. Bu maddə bitkilərdə nadir hallarda rast gəlinir. Xolin beyinin normal fəaliyyəti və yaxşı yaddaş üçün olduqca vacibdir.

Mandarinin həmçinin qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların normal fəaliyyəti, qəbizliyin və bağırsaq xərçənginin profilaktikası üçün çox önəmlidir.

Kaliumla zəngin olduğundan mandarin ürək üçün faydalıdır - ürək əzələsini möhkəmləndirir, artıq mayeni orqanizmdən xaric edir və bununla da ürəyə düşən gücü azaldır.

Mandarin yağı qiymətli kosmetik məhsuldur. Yağ dərini cavanlaşdırır, kiçik qırışları yox edir, dəridə bərpa proseslərini sürətləndirir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930