SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Ərtoğrol Cavid:taleyi və sənəti” kitabı nəşr olunub

“Ərtoğrol Cavid:taleyi və sənəti” kitabı nəşr olunub
26-10-2019, 11:00

Məlum olduğu kimi, Cavid ocağının dəyərli nümayəndələrindən biri kimi zəngin irs yaratmış müsiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin bu ilin oktyabr ayında anadan olmasının 100 illiyi tamam olur.
24 illik qısa ömründə elmimiz, sənətimiz üçün çox lazımlı işlər görmüş bu Cavid yadigarının ədəbi irsi indiyədək kifayət qədər tədqiq edilməmişdir.Bunları nəzərə alaraq Naxçıvan Ali Məclis Sədri cənab Vasif Talıbov 18 aprel 2019-cu il tarixdə Ərtoğrol Cavidin anadan olmasının 100 illiyinin qeyd olunması haqqında möhtəşəm br sərəncam imzalamışdır.
Bu sərəncam əsasında Ərtoğrol Cavidlə bağlı geniş miqyasda mədəni kütləvi tədbirlər keçirilmiş,kütləvi informasiya vasitələrində,mətbuat,radio və televiziyada materiallar verilmişdir.
Elə bu yaxınlarda “Əcəmi” nəşriyyatında nəfis şəkildə nəşr edilmiş “Ərtoğrol Cavid:taleyi və sənəti” kitabı da bu sərəncama əsasən işıq üzü görmüşdür.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, AMEA Naxçıvan Bölməsi İncəsənət,Dil və Ədəbiyyat İnstitutunda hazırlanmış “Ərtoğrol Cavid:taleyi və sənəti” kitabı Ərtoğrol Cavid irsinin tədqiqinə həsr olunmuşdur. Kitabın əvvəlində Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Ali Məclis Sədrinin imzaladığı Sərəncamın mətni verilmişdir.
Bu dəyərli nəşr iki bölmədən ibərtdir. Birinci bölmədə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Türk oğlu Ərtoğrol Cavid(Ərtoğrol Cavid irsinin öyrənilməsi məsələləri)”,” Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin “Ərtoğrol Cavidin bədii yaradıcılığı, Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya elmləri doktoru Azər Turanın “Ərtoğrol Cavid-ölümə tərk edilən”,”,Hüseyn Cavid ev muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Dahi atanın istedadlı oğlu” və sair müəlliflərin Ərtoğrol Cavid irsinin tədqiqinə həsr olunmuş məqalələri öz əksini tapmışdır.İkinci bölmədə Ərtoğrol Cavidin həyat yolunu əks etdirən Cavidlər ailəsinə məxsus, o cümlədən Ümummilli liderin Hüseyn Cavidin Naxçıvanda ucaldılan məqbərəsinin açılışı zamanı çəkilən fotoşəkillər və Ərtoğrol Cavidin anası Müşkünaz xanım və bacısı Turana yazdığı məktublar da yer alıb.

“Ərtoğrol Cavid:taleyi və sənəti” kitabı Ərtoğrol Cavid irsinin öyrənilməsinə,ümumiyyətlə Cavidşünaslığa layiqli töhfədir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31