SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi kollektivinin muzey ziyarətləri davam edir

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi kollektivinin muzey ziyarətləri davam edir
28-10-2019, 10:00

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyində olublar.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Heydər Əliyev Muzeyi haqqında əməkdaşlara geniş məlumat verilərək nəzərə çatdırılıb ki, Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb. Heydər Əliyev Muzeyi 1999-cu il mayın 10-da 420 eksponatla fəaliyyətə başlayıb.

Muzeydə hazırda 4746 eksponat var. Vurğulanıb ki, Heydər Əliyev Muzeyində Ümummilli Liderin ictimai-siyasi fəaliyyətini öyrənmək, tədqiq və təbliğ etmək üçün mühüm işlər həyata keçirilib. Bu illərdə muzeyin maddi-texniki bazası möhkəmləndirilib, internet saytı fəaliyyətə başlayıb. Muzeyin həyatında ən əlamətdar hadisələrdən biri 1999-cu ilin oktyabr ayında ulu öndər Heydər Əliyevin muzeyin ekspozisiyası ilə tanış olmasıdır. Bu ziyarət zamanı çəkilmiş fotolar muzeyin dəyərli eksponatları siyahısındadır.

Muzey ziyarəti əməkdaşlarımızda xoş təəssüratlar yaradıb.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi kollektivinin muzey ziyarətləri davam edir
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi kollektivinin muzey ziyarətləri davam edir


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031