SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin kollektivi Cəmşid Naxçıvanskinin muzeyində olub

Naxçıvan Dövlət Universitetinin kollektivi Cəmşid Naxçıvanskinin muzeyində  olub
26-10-2019, 14:00

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Cəmşid Naxçıvanskinin Muzeyində olublar. Qeyd olunub ki, bu muzey naxçıvanskilər nəslinin sonuncu generalı olan Cəmşid Naxçıvanskinin simasında Naxçıvanskilərin digər görkəmli nümayəndələrinin həyat və fəaliyyətini özündə əks etdirir.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Bildirilib ki, muzey 6 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları olmaqla ümumiyyətlə 5400-ə yaxın eksponat nümayiş etdirilir. Bunların içərisində Cəmşid Naxçıvanskiyə, Azərbaycan atıcı diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir. Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi, onun uşaqlıq və gənclik, həmçinin hərbi təhsil illəri, birinci Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli Ordu quruculuğunda, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonrakı dövrdə və Moskvada Frunze adına Hərbi Akademiyada hərbi-pedaqoji fəaliyyəti, təltifləri və repressiyaya məruz qalması, eləcə də generalın ailəsi və yaxın qohumları ilə bağlı sənədlər, kitablar, fotoşəkillər və digər eksponatlar müxtəlif bölmələrdə mühafizə edilir. Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən bölmədə isə tədqiqat materialları və tarixi sənədlər nümayiş etdirilir.


Naxçıvan Dövlət Universitetinin kollektivi Cəmşid Naxçıvanskinin muzeyində  olub
Naxçıvan Dövlət Universitetinin kollektivi Cəmşid Naxçıvanskinin muzeyində  olub
Naxçıvan Dövlət Universitetinin kollektivi Cəmşid Naxçıvanskinin muzeyində  olub

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031