SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi ilə bağlı tədbir keçirilib

Naxçıvanda sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi ilə bağlı tədbir keçirilib
17-01-2019, 16:46 380 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 164 aztəminatlı ailənin özünüməşğulluğunun təmin edilməsi üçün müvafiq köməklik göstərilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sözügedən dövr ərzində iribuynuzlularda 44, xırdabuynuzlularda isə 184 baş artım qeydə alınıb ki, bu da özünüməşğulluq proqramına cəlb edilmiş aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir göstərib.
Özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə yanvar ayının 17-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan sakinlərlə görüş keçirilib. Tədbirdə onlara verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar verilib və bu mövzularda sakinləri maraqlandıran suallar cavablandırılıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici bukletlər tədbir iştirakçılarına təqdim olunub.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Naxçıvanda sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi ilə bağlı tədbir keçirilibNaxçıvanda sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi ilə bağlı tədbir keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728