SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda XI Beynəlxalq Taxıl Forumu keçirilir

Bakıda XI Beynəlxalq Taxıl Forumu keçirilir
23-10-2019, 10:10

Bu gün Bakıda XI Beynəlxalq Taxıl Forumu (Global Grain Outlook) keçirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbir Rusiya Taxıl Birliyinin təşkilatçılığı ilə keçirilir.

Forumda Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, İran, Türkiyə, BƏƏ, İsveçrə və digər ölkələrdən buğda, çovdar, arpa, yulaf, qarğıdalı, düyü və s. məhsulların istehsalçıları və alıcıları, ekspertlər və bu sahə ilə əlaqəsi olan sahibkarlar iştirak edirlər.

Xatırladaq ki, 2019-cu ilin 1 iyul tarixinə kimi respublikada 798,1 min hektar taxıl sahəsində biçin aparılıb. Ümumi taxıl sahələrinin 76,6%-i, o cümlədən, buğda sahələrinin 69,9%-i, arpa sahələrinin isə 94,5%-i biçilib. Sahələrdən 1,6 milyon ton buğda, 964,6 min ton arpa yığılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 60% və 18,9% çoxdur. 1 iyul tarixinə buğdanın məhsuldarlığı 33,2 sent/ha, arpanın məhsuldarlığı isə 29,9 sent/ha olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 sent/ha və 2,2 sent/ha çoxdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031