SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kimə heyva yemək olmaz?

Kimə heyva yemək olmaz?
22-10-2019, 22:22

Heyva çox faydalı və müalicəvi meyvədir. Lakin bütün faydalı xüsusiyyətlərə baxmayaraq bəzi xəstəliklər zamanı heyva yemək olmaz.

Bu hansı xəstəliklərdir?

- Mədə və 12 barmaq bağırsağı xorası. Heyva selikli qişaları qıcıqlandırır.

- Enterokolit. Büzücü xüsussiyyətə malik olan heyva bağırsaqlarda spazm və bağırsaq keçirməməzliyi yarada bilər. Həmçinin heyva iltihablaşmış selikli qişaları daha da qıcıqlandırır.

- Qəbizlik. Heyva bağırsaqları “yığır” və bu səbəbdən qəbizlikdən əziyyət çəkənlərə onu yemək olmaz.

- Heyva plevrit zamanı da ziyanlı sayılır.

- Heyva səs tellərinə mənfi təsir edə bilər. Bu səbəbdən müəllim, müğənni və s. kimi peşə sahiblərinə təzə heyva yeməyi tövsiyə edilmir.

Ümumiyyətlə hətta sağlam insanlar az miqdarda təzə heyva yeməlidir. Meyvə çətinliklə həzm olunur. Heyvanı yumşalana qədər suda və ya buxarda bişirib yemək daha faydalı sayılır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930