SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əmək, məşğulluq və sosial müdafiə sahəsində islahatlarda Litva ilə əməkdaşlıq genişlənəcək

Əmək, məşğulluq və sosial müdafiə sahəsində islahatlarda Litva ilə əməkdaşlıq genişlənəcək
22-10-2019, 19:23

Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində dəstək məqsədi daşıyan tvinninq layihəsi çərçivəsində Litva ilə müsbət əməkdaşlıq təcrübəsi formalaşıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, hazırda iki ölkə arasında ümumən əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin genişləndirilməsi üçün müvafiq işlər aparılır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə nazirlikdə keçirilən görüşdə bildirib.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayan S.Babayev bu il reallaşdırılan iki sosial islahat paketin uğurları, ölkəmizdə vətəndaş rifahının təminatı naminə atılan inqilabi addımlar barədə məlumat verib. O, dövlət sosial xidmətlərinin innovativ əsaslar üzərində qurulmasına yönələn geniş miqyaslı islahatları diqqətə çatdırıb. Nazir tvinninq layihəsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaş qurumu olan Litva Sosial Təminat və Əmək Nazirliyi ilə cari ilin 3 oktyabr tarixində imzalanan əməkdaşlıq Sazişinin önəmindən bəhs edib. Bu sənədin əməkdaşlığın genişlənməsinə şərait yaratdığını deyib.

E.Navikas iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişlənməsi üçün onun tərəfindən müvafiq səylərin göstəriləcəyini bildirib.

Görüşdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu qeyd edilib. Tvinninq layihəsi çərçivəsində əldə olunan əməkdaşlıq təcrübəsinin, o cümlədən bu məqsədlə Litvalı ekspertlər tərəfindən dəstəyin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930