SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərində yerləşən “Kitab kafe”də Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib-FOTO

Naxçıvan şəhərində yerləşən “Kitab kafe”də  Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib-FOTO
22-10-2019, 18:21

22 oktyabr 2019-cu il tarixdə Naxçıvan şəhərində yerləşən “Kitab kafe”də yazıçı-publisist, tərcüməçi, folklorşünas, bədii və teatr tənqidçisi, hüquqşünas, ictimai xadim Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əvvəlcə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ayaz Cabbarov çıxış edərək bildirmişdir ki, Ali Məclis Sədrinin Sərəncamına əsasən “Oxunması zəruri olan kitabların” siyahısına daxil olan kitablarla bağlı Nazirlik tərəfindən bir sıra tədbirlər keçirilir. Keçirilən tədbirlərin məqsədi gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Daha sonra AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, dil və ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Məmmədov çıxış edərək Eynəli bəy Sultanovun həyatı, yaradıcılığı və publisist kimi fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, Eynəli bəyin yaradıcılığı dövründə mətbuat orqanlarında Naxçıvan mühitinə aid müxtəlif mövzularda məqalələri dərc olunmuşdur. Həmin məqalələrdə Naxçıvanda teatrın fəaliyyəti, qızların təhsilə cəlbi, Naxçıvanda təhsilin inkişafı, qadınların səs vermə huquqları və digər məsələlər öz əksini tapmışdır. Eynəli bəy həmçinin, bir çox folklor nümunələri toplamış onları tərcümə edərək qəzetlərdə dərc etdirmişdir.
Sonra çay süfrəsi ətrafında kitabın müzakirəsi keçirilmiş, gəncləri maraqlandıran suallar cavablandırılımışdır. 25 nəfər gəncin iştirak etdiyi müzakirə Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf” Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan şəhərində yerləşən “Kitab kafe”də  Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib-FOTO
Naxçıvan şəhərində yerləşən “Kitab kafe”də  Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib-FOTO
Naxçıvan şəhərində yerləşən “Kitab kafe”də  Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib-FOTO
Naxçıvan şəhərində yerləşən “Kitab kafe”də  Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930