SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada iş sahələrində seminarlar davam etdirilir-FOTO

Muxtar respublikada iş sahələrində  seminarlar davam etdirilir-FOTO
22-10-2019, 15:30

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iş sahələrində əməyin mühafizəsi qaydalarına riayət olunmasına dair maarifləndirici seminarlar davam etdirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, növbəti seminar, oktyabrın 22-də istehsalat sahələrində fəaliyyət göstərən 12 müəssisənin əməyin mühafizəsi üzrə mütəxəssislərinin iştirakı ilə keçirilib. Seminarda Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən iş sahələrində əməyin mühafizəsinin təşkilinə dair maarifləndirici söhbətlər aparılıb, həmçinin bu mövzuda slaydlar nümayiş olunub.

Bununla yanaşı, seminarda iştirak edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə zamanı zərərçəkənə ilkin tibbi yardım göstərilməsi qaydalarına dair məlumatlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonda müəssisə nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikirlər dinlənilib.


Muxtar respublikada iş sahələrində  seminarlar davam etdirilir-FOTO
Muxtar respublikada iş sahələrində  seminarlar davam etdirilir-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930