SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gözlənilən hava şəraiti ilə əlaqədar “Azəriqaz” gücləndirilmiş rejimə keçdi - Təbii qazın verilişi artırılacaq

Gözlənilən hava şəraiti ilə əlaqədar “Azəriqaz” gücləndirilmiş rejimə keçdi - Təbii qazın verilişi artırılacaq
16-01-2019, 19:42

Hava şəraitinin kəskin dəyişməsi səbəbindən “Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib.

O bildirib ki, 104 və 185 nömrəli “Çağrı Mərkəzinin” iş fəaliyyəti gücləndirilib:

“Ölkə ərazisində qeyd edilən günlərdə qaz təsərrüfatında qaz təchizatının məhdudlaşdırılması istiqamətində hər hansı tədbirlər nəzərdə tutulmayıb. Yalnız qəza halları istisna olmaqla, bunun üçün Birliyin təmir-tikinti idarəsinin işçi heyəti lazımi maşın, mexanizm, alət-avadanlıqla tam təmin olunub.

Bunu da qeyd edək ki, havanın temperaturu aşağı düşdükcə, əhali arasında təbii qaza olan tələbat artır. Bu artımı nəzərə alaraq da təbii qazın verilişi nisbətən artırılacaq. Ötən iki günlə müqayisədə respublika üzrə qaz sərfiyyatında 628 min kubmetr müşahidə edilib. Bundan sonra hava şəraitinə və əhalinin tələbatına uyğun olaraq təbii qaza olan tələbat artacaqsa, təbii qazın verilişi də müvafiq olaraq artırılacaq”.

İ.Kərbəlayev onu da qeyd edib ki, təbii qazın verilməsinə tələbatın artmasını nəzərə alaraq Birlik bütün təbii qaz istehlakçılarını ehtiyatlı olmağa çağırıb.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930